ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin suallarına cavab verməyə razılıq verib.

“Ölkə.Az” xəbər verir ki, Robert Müller Amerikada keçirilən seçkilərə Rusiyanın müdaxiləsini araşdırır.

Tramp prokurora vaxt ayırıb ki, mümkün sualları müşavirləri ilə müzakirə etsin. Qeyd edilir ki, hazırda prezidentin komandası Müllerlə görüşün şərtlərini müzakirə edirlər.

Əgər Trampın istintaqda iştirakı barədə informasiya təsdiqlənsə, danışıq formatı müəyyən edilməli və cavablardan əvvəl andiçmə mərasimi müzakirə edilməlidi