BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasının vaxtı məlum olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın toplantısı aprelin 9-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Məlumata görə, beynəlxalq təşkilat Rusiyanın təşəbbüsü ilə iki iclas keçiriləcək. Toplantılardan birində dünyada sülhə və təhlükəsizliyə təhdid məsələsi müzakirə ediləcək. Digər iclasda Suriyada yaranmış son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Suriyada – Şərqi Qutada, Dumada kimyəvi silahın tətbiqi nəticəsində onlarla dinc sakin ölüb. Onların arasında qadınlar, uşaqlar da var. Bir sıra ölkələr hadisəni qəti şəkildə pisləyiblər.