Xərçəng xəstəliyini qanda aşkar edən cihaz hazırlanıb.
AZƏRTAC “ntv.com.tr” saytına istinadla xəbər verir ki, bu cihazı ABŞ-ın Karnegie Mellon Universitetinin türkiyəli alimi Utku Mustafa Sönməz yaradıb.
Yeni cihaz xərçəng hüceyrələrinin qandan təmizlənməsi üçün istifadə olunacaq. Türkiyəli alim bu cihazın ərsəyə gəlməsi üçün iki il sərf edib.