Suriyanın şərqində, Homs vilayətində hökumət qüvvələrinə məxsus “T-4” aviabazası raket hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb. 

““T-4” aviabazasına bir neçə raket atılıb, bunun ABŞ-ın təcavüzü olduğu istisna edilmir”, – deyə agentliyin yaydığı bəyanatda bildirilib. 

Suriya Hərbi Hava Qüvvələrinin əsgərləri raketlərə atəş açıblar. “Əl-Mayadin” telekanalı xəbər verir ki, Aralıq dənizindən atılan raketlər Livan ərazisindən Suriya aviabazasına düşüb.