BMT Təhlükəsizlik Şurasında Suriyada kimyəvi silahlardan istifadə hallarını araşdırmaq üçün yeni mexanizmin yaradılmasına dair ABŞ-ın hazırladığı qətnamə bu gün səsverməyə çıxarıla bilər.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyi diplomatik mənbələrə istinadən xəbər verib

Aprelin 9-da BMT Təhlükəsizlik Şurasında Duma şəhərində kimyəvi silahla hücum və “Tifor” bazasına endirilən zərbələrlə bağlı iclas keçirilib. Müzakirələrdən  sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ekspertlərin iştirakı ilə bağlı qapılar arxasında məsləhətləşmələr aparıblar.