Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Hollandiya Xarici İşlər Nazirliyi Rusiya, Türkiyə, Çin və İrana səyahət etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib. AzEuroNews.com xəbər verir ki, xəbərdarlıqda vətəndaşların sözügedən ölkələrə gedən zaman götürdükləri mobil telefon və kompüterlərdə lazımı materialların olmamasına diqqət çəkilir. Xəbərdarlıqda vurğulanır ki, bu ölkələrdə mobil telefon və komputerlərdə olan məlumatlar başqa şəxslər tərəfindən oxunur və kopyalanır.

Artıq Hollandiya Çində olan 165 şirkətinə bu barədə xəbədarlıq məktubu göndərib. Həmin xəbərdarlıq məktubunda deyilir ki, kiber hücumla üzləşə və lazımı məlumatları ələ keçirilə bilər.