Rusiya valyutası geosiyasi risklərin artması səbəbindən investorların rubl aktivlərindən xilas olmağa çalışması fonunda nəzərəçarpacaq səviyyədə düşməkdə davam edir.
AzVision.az-ın məlumatına görə, bu gün avronun dəyəri artaraq 80 rublu keçib. Bunlar rəsmi məzənnələrdir. Valyutadəyişmə məntəqələrində avro 81 rubldan baha satılır. 

Qeyd edək ki, ötən il Rusiyanın valyutası dollar və avro qarşısında rekord həddə devalvasiyaya uğramışdı. 2016-cı ildə 1 ABŞ dollarının maksimal qiyməti 63,55 rubl, 1 avro isə 78,43 rubl idi.