BMT Təhlükəsizlik Şurası bu gün səhər sessiyasında Suriya ilə bağlı məsləhətləşmələr keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Perunun BMT yanındakı daimi nümayəndəliyinə istinadən yayılan məlumata görə, Təhlükəsizlik Şurası nüvə, kimyəvi və bioloji silahların yayılmaması üzrə müntəzəm brifinqi dinləyəcək. Görüşün sonunda şura üzvləri Boliviyanın xahişi ilə “sülhün və təhlükəsizliyin qorunması” mövzusu üzrə qapalı məsləhətləşmələrə qatılacalar.

Təhlükəsizlik Şurasının məruzəsi üzrə BMT-nin Siyasi Məsələlər üzrə Departamentinin nümayəndəsi çıxış edəcək.