Rusiya Suriyanın Tartus dəniz limanından hərbi gəmilərini çıxarır.

“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı bildirib.

Onun sözlərinə görə, gəmilərin təhlükəsizliklərini təmin etmək məqsədi ilə onlar Tartus limanındakı Rusiya hərbi bazasını tərk ediblər.