Böyük Britaniya xüsusi xidmət orqanları İŞİD terrorçu qruplaşmasına qarşı irimiqyaslı kiberhücum kampaniyasına başlayıb.

Modern.az  xəbər verir ki, bu barədə “GCHQ” kəşfiyyat agentliyinin direktoru Ceremi Fleminq açıqlama verib.

Fleminqin sözlərinə görə, virtual əməliyyatlar nəticəsində artıq qruplaşmanın terror hücumlarını əlaqələndirmək imkanlarına və təşkilatın virtual təbliğat “maşınına”  ağır zərbə vurulub.

Qeyd edək ki, Fleminq bir müddət əvvəl Britaniyanın “MI15” kəşfiyyat xidmətində agent qismində xidmət edib.