Aktyor Murat Yıldırım sənət dünyasındakı uğuru iş həyatında davam etdirəcək.

Məlumata görə, o, ölkədə ilk dəfə kürü istehsal edən şirkətin rəhbəri Mehmet Tosmurla şərik olub. Aktyor və ortağı dünyaya kürü və kürülü şokolad satacaq.

Başqa bir sahədə olmağın həyəcan verdiyini söyləyən Yıldırım “Fərqli və çətin sahədir. Şərikim inanıram” deyib.