Moskvanın Taqansk rayon məhkəməsi Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidmətin (Roskomnadzor) “Telegram” messencerinin bloklanması üzrə iddiasını təmin edib. 

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Roskomnodzor və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri bəyan ediblər ki, “Telegram”-ın kiptoqrafik açarlarını xüsusi xidmət orqanlarına verməməsi ölkənin milli maraqlarına təhdiddir və terrorçular bundan istifadə edə bilər.

Kiptoqrafik açarlar – Messencerin alqoritimlərində məlumatların oxunması və məlumatların şifrələnməsi üçün istifadə olunan gizli kodlardır. “Telegram” nümayəndələrinin sözlərinə görə, kodları təqdim etmək mümkün deyil, çünki onlar daima dəyişirlər.