Azərbaycan Dövlət Musiqili Teatrı aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir:

  1. Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)

  2. Orkestr ifaçılığı

  3. Rəqs sənəti

Müsabiqənin şərtləri:

– Teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

– Sənədlərin qəbulu 01 iyul 2018-ci ilə qədər davam edəcək.

Tələb olunan sənədlər:

      – Şəxsiyyət vəsiqəsinin surəti

      – Ali təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən

        arayış)

      – Əmək kitabçasının surəti

      – Tərcümeyi-hal

      – Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

      – 2 fotoşəkil (3×4)

      – Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri

        fərmanların surətləri

Əlaqə telefonları:

Kadrlar şöbəsi:    (012) 493 88 37 (daxili nömrə: 194)

Qəbul otağı:         (012) 498 13 21

E-mail ünvanı:      [email protected]