Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Beykoz səmtində mağazalardan birindən alış-veriş edib.

AzEuroNews.com-un “qafqazinfo”ya istinadən xəbərinə görə, böyük izdihamın arasından keçərək mağazaya daxil olan Ərdoğan burada alış-veriş edib, həm də işçilərlə söhbətləşib.

Prezident kassada ödəniş etmək istəyərkən mağaza sahibi pulu götürmək istəməyib. Ərdoğan isə “Məni üzmə, pulu al” deyərək pulu verib.