NATO təcili iclas keçirəcək.

“Ölkə.Az” xəbər verir ki, NATO ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hava hücumundan sonra “təcili” kodu ilə xüsusi iclas keçirmək barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün səhərə yaxın ABŞ, İngiltərə və Fransa müttəfiq koalisiyası Suriyaya 100-dən çox raket atıb. Raketlərdən 13-ü hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.

Avropa dövlətləri və Türkiyə bu hücumu dəstəkləyib. Rusiya və İran isə, hücumu sərt şəkildə qınayıb.