Ermənistanın hakim Respublikaçılar Partiyası ölkənin baş naziri postuna Serj Sarqsyanın namizədliyini rəsmi olaraq irəli sürüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Partiya sədrinin müavini, parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Armen Aşotyan bildirib.

Aprelin 17-də parlamentdə baş nazir seçiləcək.

Aprelin 13-də Yerevanda Serj Sarqsyanın baş nazirliyə namizədliyinin təsdiqlənməsinə qarşı etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları parlamentin qarşısında fasiləsiz aksiya keçirir.