Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla  Britaniya baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlər arasında söhbətdə əsas mövzu Suriyaya endirilən raket zərbələri olub.

Məlumata görə, Mey Britaniya silahlı qüvvələrinin Suriyada həyata keçirdiyi əməliyyatın təfərrüatını Ərdoğana çatdırıb. Öz növbəsində Türkiyə lideri, Ankaranın hər zaman kimyəvi silahdan istifadəyə qarşı çıxdığını vurğulayıb.

Ərdoğa bildirib ki, Suriya hökumətinin törətdiyi cinayətlərə görə mühakimə olunması Əsəd rejiminin süqutu ilə nəticələnəcək və Suriya xalqı bunu çoxdandır ki, gözləyir.