“Rusiya gözəli-2018” tituluna Çuvaşiya Muxtar Respublikasından olan Yuliya Polyaçixina layiq görülüb.
18 yaşlı Yuliya Polyaçixina ağ qızıldan düzəldilmiş, brilliant, yaqut və sapfirdən hazırlanmış tacla, həmçinin 3 milyon rubl pul mükafatı və yeni avtomobillə təltif edilib. Yuliya Polyaçixinaya təqdim edilən tacın 1 milyon dollar dəyərində olduğu bildirilib.

“Rusiya gözəli-2018” SMS səsverməsi yolu ilə seçilib. Yuliya Polyaçixina fitnes-aerobika və badmintonla məşğuldur, orta məktəbi qızıl medalla bitirib. O, Rusiyanı “Dünya gözəli” müsabiqəsində təmsil edəcək.