Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq hüququ var. 

AzVision.az “NTV” telekanalına istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan NATO baş katibi Yens Stoltenberq bildirib.

“Hərbi avadanlığın alışı və satışı hər bir ölkənin öz hüququdur”, – deyə Stoltenberq vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Stoltenberq bildirmişdi ki, Türkiyə ABŞ-dan Patriot raket əleyhinə komplekslərin alınması üzrə danışıqları davam etdirir.