Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi müzakirə olunub.

Modern.az-ın məlumatına görə, komitə sədri İsa Həbibbəyli qanun layihəsi ilə bağlı ümumi məlumat verib.

Müzakirələrdən sonra qanun layihəsi 3-cü oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.