ABŞ hökuməti Çindən idxal edilən mallara qarşı yeni tədbirlər görmək barədə imkanlarını nəzərdən keçirir.

“Ölkə.Az” xəbər verir ki, hazırda Birləşmiş Ştatların nümayəndələr aparatında Vaşinqtonun Pekinə qarşı tələblərindən ibarət sənəd hazırlanır.

İttihama görə, Çin hökuməti ölkə ərazisindəki ABŞ-a məxsus texnologiya şirkətlərinin fəaliyyətini məhdudlaşdırır. Amma sənədin təsdiq edilərək qüvvəyə minəcəyi barədə dəqiq məlumat yoxdur.

Çin və ABŞ arasında ticarət münasibətləri aprel ayının əvvəllərində korlanıb. ABŞ hökuməti Çindən idxal edilən mallara əlavə rüsum tətbiq edib.