Tez-tez qəhvə içmək ürək üçün təhlükəli deyil və ürək aritmiyasını azalda bilər.

“Ölkə.Az” xəbər verir ki, bunu Avstraliyanın Beyker universitetinin alimləri deyib.

Alimlər kofeyin və ürək ritminin pozulması arasında əlaqəyə aid tədqiqat nəticələrini incələyərək belə bir nəticəyə gəliblər. Məlum olub ki, qəhvə içən insanlarda ürək qulaqcıqlarının fibrillyasiyası riski azalır. Eyni zamanda fibrillyasiya tezliyi də 13 faiz azalır.

Miokard infarktı keçirən və sutka ərzində 353 milliqram kofein qəbul edən pasientlərdə ürək döyüntüləri normallaşıb.

Alimlər qeyd ediblər ki, qəhvənin ziyanı nadir hallarda baş verir. Əsasən gün ərzində 9-10 fincandan çox qəhvə içən insanlarda problemlər üzə çıxır.