“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, qanunun 7-ci maddəsinə ( Senzuranın yolverilməzliyi) dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Qanununa müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.

Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşıdırıla bilər.