“Azərişıq” ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam, Ağcabədi, Zərdab, Neftçala, Salyan və Kürdəmir Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.
ASC-dən AzVision.az-a verilən xəbərə görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər 2018-ci il aprel ayının 20 tarixinə kimi İmişliBeyləqan, Fizuli, AğdamAğcabədiZərdabNeftçala və Salyan Elektrik Şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.

Tələb olunan sənədlər:

Fotoşəkilli anket forması (CV);
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Təhsil haqqında sənədin surəti.

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)