“Nokia” brendi ilə cihazlar istehsal etmək hüququ olan “HMD Global” Finlandiya şirkəti tezliklə yeni “Nokia X” smartfonu buraxacaq.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə internetdə məlumat və fotolar yayılıb.

Təqdimatın aprelin 27-də Çində keçiriləcəyi bildirilir.

Yeni smartfon “Qualcomm Snapdragon” və ya “MediaTek” platformasında, “Android 8.х Oreo” əməliyyat sistemi ilə çalışacaq.

“Nokia X” qara, boz, qızılı, eləcə də qızılı-qara rəngdə hazırlanıb. Smartfon çərçivəsiz olacaq, bir neçə ön və arxa kamera ilə təchiz edilib. Operativ yaddaşın 4-6 Gb olacağı təxmin edilir.

Başqa məlumat hələlik yoxdur.