Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb.

AzEuroNews.com-un Lenta.ru-ya istinadən məlumatına görə, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır.

Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir.

“Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, – elanda deyilir.

Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur.