Almaniya kansleri Angela Merkel Berlin şəhərində marketlərdən birində kameralara tuş gəlib.

“Ölkə.Az” xəbər verir ki, xanım kansler adi alıcı kimi marketdən alış-veriş edərkən digər alıcıların diqqətini çəkib. Belə ki, o, marketdə digər vətəndaşlar kimi səbət götürərək marketdən istədiyi məhsulları seçib. Daha sonra isə ödəniş etmək üçün kassaya yaxınlaşıb. Vətəndaşlar onun bu halını fotolentə köçürüblər.