Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan qətlə yetirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sabiq nazir kafede hücuma məruz qalıb. 

Şəxsi münasibətlər zəminində baş verən insident nəticəsində eks-nazir boğazından bıçaqlanıb. Onu dərhal xəstəxanaya yerləşdiriblər. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, E.Vuralhan 1987-ci ilin dekabırn 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.