Rusiya və Ukrayna arasında informasiya sahəsində əməkdaşlıq haqqında müqavilə qüvvəsini itirib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-i bəyanat yayıb.

Sözügedən sənəd 1998-ci ilin fevral ayında imzalanıb. Həmin vaxt tərəflər informasiyanın geniş və azad şəkildə yayılması üçün əlverişli şərait yaratmağa və iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlığa vasitəçilik etməyə razılaşmışdı.

Bundan əvvəl, martın 21-də Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlıq proqramıını ləğv etdiyini elan edib.