Almaniya “Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə” (BAMF)
Almaniya “Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə” (BAMF)

 

AzEuroNews.com ► ► ► Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF – Bundesamt für Migration und Flüchtlinge)  6 əməkdaşı həbs olunub. AzEuroNews.com xəbər verir ki, bu barədə alman panorama-news.de saytı məlumat yayıb. Hadisə “BAMF”ın Bremen şəhərindəki şöbəsində qeydə alınıb. Bremen Şəhər Polisi və Prokurorluğunun  “BAMF”da apardığı araşdırma zamanı məlum olub ki, idarənin keçmiş əməkdaşı iki mindən çox sığınacaq axtaran şəxslə bağlı qeyri-qanuni şəkildə Almaniyada yaşamaq icazəsi (oturum) çıxarıb. O, pozitiv qərar verdiyi qaçqın və miqrantlardan rüşvət alıb.

Şəhər prokurorluğu işin əsnasında öyrənib ki, o,tək olmayıb. “BAMF”da işləyən 3 vəkil və bir tərcüməçi olmaqla 6 nəfər cinayətkar qrup üzvü polis tərəfindən dərhal saxlanılıb.

Alman polisi saxlanılan şəxslərin ev və iş yerlərində də axtarış aparıb. Bremen Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayətkar qrupla bağlı iş bir aydır ki, aparılırmış.