Yaz vaxtı dağların  şəfalı nemətlərindən hazırlanan kətə Naxçıvan mətbəxinin məşhur nümunəsidir.

Culfa rayonun Xanəgah kəndində hər il yaz çağı təndirdə bişirilən kətələr təkcə ağız dadı ilə yeyilən qida deyil, həm də insan orqanizmi üçün faydalı olan zəngin vitamin mənbəyidir.

AzEuroNews.com “NTV”-ə istinadən dağlardan yığılan əvəlik, quzuqulağı, göycə gözü, cincilim, qırxbuğumdan hazırlanaraq təndirdə yapılan  Naxçıvan kətəsinin bişirilmə məqamlarını fotolarla təqdim edir.