Azərbaycanlı müğənni Samir Piriyev  “ATV maqazin onlarla” verilişinə maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, İlhamə Quliyeva dünyasını dəyişəndən sonra şou-biznesdə onun yerini həmkarı Natavan Həbibi tutub:

“Buğa bürcündəndir, dəhşətdir. Natavan idarəçidir. Biz “Aypara”da işləyəndə də belə idi. Hamı Natavanla məsləhətləşirdi. Aləmi bir-brinə vururdu. Ağbirçəklik edib, ana obrazı yaradırdı. Deyirdi, “Gəlin, mənlə məsləhətləşin”. Natavanı kənardan müşayiət edirəm. İlhamə Quliyevanın məktəbini görüb. İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun. Kiminlə işin olursa-olsun, mənimlə olmasın”.