“Apple” şirkətinin nümayəndələri tam şüşə korpusdan ibarət yeni smartfonu patentləşdiriblər.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu texnologiya gələcəkdə planşet və “ağıllı” saatlarda da tətbiq olunacaq.

Qeyd edək ki, “Apple” smartfonlarda şüşə elementlərindən 2011-ci ildə istifadə etməyə başlayıb. Avropa Komissiyasının nümayəndələri isə yalnız indi tam şüşə korpusdan ibarət smartfonu qeydiyyata aldıqlarını bildiriblər.

Yeni smartfonun nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.