Dövlət Turizm Agentliyinin sədri təyin olunub.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən, Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, F.Nağıyev bu təyinatadək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.