Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Keçmiş “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin mühafizəçisi sığınacaq aldığı Almaniyada 12 ildir sosial yardımla dolanır. AzEuroNews.com xəbər verir ki, bu barədə “Almaniya üçün Alternativ” (AfD) partiyası məlumat yayıb. Məlumatda deyilir ki, keçmiş “Əl-Qaidə” liderinin Tunisdən olan mühafizəçisi 1997-ci ildə Almaniyaya qaçaraq bu ölkədən sığınacaq istəyib. Onun ilk sığınacaq istəyi rədd edilib və ölkəsinə deportasiya edilməsi barədə qərar çıxarılıb. Lakin Almaniya məhkəməsi onun barəsində qərarı sonradan dəyişdirib. Məhkəmə onun ölkəsinə dönəcəyi təqdirdə işgəncəyə məruz qala biləcəyini əsas gətirərək ona Almnaiyada yaşamaq icazəsinin verilməsi barədə miqrasiya idarəsinə müvafiq arayış göndərib.

AfD-nin yaydığı məlumtada deyilir ki, Üsamə Bin Ladenin mühafiəzçisi indiyə kimi təklif olunan bütün işlərdən imtina edərək 21 ildir ki, dövlətdən aldığı sosial yardımla yaşayır. O, ayda təxminən 1168 avro yardım alır.