ABŞ prezidenti Donald Trampla həyat yoldaşı Melaniya Tramp yenidən dünya mediasının gündəmindədir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronla xanımı Bricit Makronu Ağ Evdə qonaq edən Donald onları əsgərlərin önündə salamlayıb. Dövlət himnləri səslənən zaman isə prezident Melaniyanın əlindən tutmaq istəyib. Lakin birinci xanım əvvəlcə Trampın barmaqlarını itələsə də, sonra onun əlindən tutmağa razı olub.

Xatırladaq ki, buna bənzər situasiya bundan əvvəl də dəfələrlə yaşanıb. ABŞ rəhbəri ilə xanımının mübahisəli münasibətinə səbəb isə Donald Trampın illər əvvəl erotik ulduz Stormi Danielslə Melaniyaya xəyanət etməsidir.