Məşhur türkiyəli professor Canan Karatay sevərək qəbul etdiyimiz və faydalı bildiyimiz qidalarla bağlı daha bir maraqlı açıqlamalar verib. Ailem.az Türkiyə mətbuatına istinadən onları təqdim edir.

Baldan uzaq durun

Professor ilk növbədə bal sevənlərə xəbərdarlıq edib. O, balın tərkibində bol miqdarda fruktoza və qlükoza maddələrinin olduğunu dilə gətirərək, bu maddələrin qaraciyəri yağlandırdığını və şəkər xəstələrinin baldan uzaq durmasının vacib olduğunu vurğulayıb.

Çörək və şəkər xərçəng yaradır

Çörək və şəkərin zəhərli olduğunu hər açıqlamasında dilə gətirən C.Karatay, gündəlik iki dilim buğda çörəyi yeməyin şəkərdən daha zərərli olduğuna diqqət çəkib: “Buğda insulin təsiri yaradır və bu hal da xərçəngə şərait yaradır”.

Təbii zeytun yağı və kərə yağı istifadə edin

Təbii zeytun yağı və kərə yağı yeməyi məsləhət görən professor, marqarin tərkibli süni yağlardan istifadənin ziyanlı olduğunu dilə gətirdi.

Meyvə suyunun alkoqoldan fərqi yoxdur

Professor, C vitaminin yalnız meyvə sularında olmadığını və bunun böyük bir yalan olduğunu dilə gətirib. Meyvə suyunun alkoqoldan heç bir fərqi yoxdur. Meyvə suyu istifadəsinin də qaraciyəri yağlandırıcı təsiri olduğunu əlavə edib.

Hər gün 30-40 dənə zeytun yeyin

İmtahana hazırlaşan gənclərin çox yorğun olduğunu söyləyən C. Karatay, onlara gündəlik 3-4 yumurta, 30-40 zeytun, bol-bol fındıq və fıstıq yeməyi, şəkərsiz qəhvə içməyi məsləhət görür.

Qaya duzu sağlamlıq qaynağıdır
Qaya duzunun sağlamlıq qaynağı olduğunu açıqlayan Karatay, süfrə duzundan da qətiyyətlə uzaq durmaq lazım olduğunu diqqətə çatdırıb.