Cənubi Avstraliyada yerli balıqçılar qəribə hadisə ilə rastlaşıblar. Belə ki, balıq tutan zaman indiyə kimi görmədikləri balıq növü onları qorxudub. Onlar bu fərqli balığın növünü hələ də təsbit edə bilməyiblər. Balıqçıların  sözlərinə görə heç kimdən qorxmayan  qeyri-adi balığn uzunluğu təxmini 1 metr və baş hissəsi isə eybecər olub.

AzEuronews.com vladtime.ru-ya istinadən xəbər verir ki, hadisə şahidlərindən bir nəfər balığın şəklini çəkib internetdə yerləşdirərək ona zombi-balıq adını verib. Şəkil internetdə geniş yayılaraq  istifadəçilərin təəccübünə səbəb olub. İnternet istifadəçiləri tərəfindən bu qeyri-adi məxluqun yırtıcı olduğu və insanlara zərər verə biləcəyi fikirləri irəli sürülüb.