ABŞ prezidenti Donald Trampın bacısının İspaniyada yaşadığı məlum olub.

“Ölkə.Az” xəbər verir ki, 64 yaşlı Dolores Leys Antelo İspaniyada fermer təsərrüfatı ilə məşğul olur. Onun ilk fotosunu ispan jurnalist mətbuata sızdırıb.

Dolores Qalisiyada yaşayır. Qabana de Berqantino kəndində fermerlik edən qadın jurnalist Paula Vaskesin suallarını cavablandırıb. Jurnalist Trampın bacısının fotosunu çəkib. Fotoda Dolores çiynində kərənti ilə durub.

Foto əvvəlcə İspaniyada sonra isə dünyada fenomenə çevrilib. Trampa çox bənzəyən qadına bu barədə nəvələri məlumat veriblər.
Foto yayıldıqdan sonra maraqlı “caps”lar hazırlanıb.