Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü sabah səhər sərhəddə baş tutacaq.

Modern.az  xəbər verir ki, Kim Çen In 1953-cü il müharibəsi bitdikdən sonra sərhədi keçən ilk Şimali Koreya lideri olacaq.

Görüşün təfərrüatları bəlli olduqdan sonra koreyalılar küçələrə axışıblar. “Müharibəyə Yox” şüarları ilə keçirilən şənliklərdə iki ölkə liderinin əl-ələ tutduğu fotoları yer alıb.