İranın Şərqi Azərbaycan vilayətinin ən böyük şəhəri olan Təbriz İslam ölkələrinin Turizm Mərkəzi seçilib.
 
Lent.az İrna-ya istinadən bildirir ki, qərar  İslam Konfransı Təşkilatının (İKT) toplantısında qəbul edilib. Qərara əsasən, Təbriz 1 il ərzində islam ölkələrinin turizm mərkəzi kimi bütün tədbirlərə ev sahibliyi edəcək.
Təbriz Şəhər Bələdiyyəsinin sədri İrej Baher deyib ki, bura uzun illər İslam dünyasının əsas mərkəzlərindən olub və belə bir qərarın qəbul edilməsi təqdirəlayiqdir.