Elazığ Polis İdarəsi yaxınlığında partlayış hadisəsi baş verib. Hadisə yerinə çox sayda tibbi yardım göndərilib.

AzEuroNews sabah.com.tr-yə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində Elazığ Polis İdarəsi yaxınlığında baş verib. Əldə olunan məlumata görə, polis idarəsinə terroristlər tərəfindən bomba ilə hücum edilib. Partlayışın səsi bütün kənddən eşidilib, 15 yaralı dövlət xəstəxanalarına yerləşdirilib.