ABŞ prezidenti Donald Tramp etiraf edib ki, həyat yoldaşı Melaniyaya doğum günündə heç nə hədiyyə etməyib.

Oxu.Az xəbər verir ki, o, bununla bağlı “Fox and Friends” teleşousunda danışıb.

“Ola bilsin ki, mənim problemlərim olsun. Çox məşğulam. Hədiyyəm yoxdur. Ancaq mən ona gözəl açıqça və gül buketi hədiyyə etdim”, – prezident deyib.

Qeyd edək ki, aprelin 26-da Melaniya Trampın 48 yaşı tamam olub.