Çinli allimlər qanadları böyük, ölçüsü təxmini 11.15 santimetre çatan ağcaqanad tapıblar. Ağcaqanadın bu cür həşərat növləri arasında ən böyük olduğu iddia edilir.

AzEuroNews.com Cənubi Çin Morning Post qəzetinə istinadən xəbər verir ki, bu nadir ağcaqanad Çinin Siçuan əyalətinin cənub-qərb dağlarında entomoloq Jao Li tərəfindən təşkil olunan ekspedisiya zamanı kəşf olunub. Mütəxəssislər bir neçə ay edilən araşdırmalardan sonra ağcaqanadın ən böyük ağcaqanad növü olduğunu açıqlayıb.

Bu növ ağcaqanad ilk dəfə 1876-cı ildə ingilis entomoloqu Jon Vestvud tərəfindən Yaponiyada aşkar edilib. Dünyanın ən böyük ağcaqanadının təkcə qanadlarının ölçüsü  8 santimetrə çatır.