ABŞ firması Apple gələn il onlayn mağaza kimi fəaliyyət göstərən İTunes Storun dəstəyinden imtina edə bilər. Bu addım Apple-ın öz musiqi proqramının istifadəçilərinin sayını artırmağa kömək edəcək.

AzEuroNews.com Digital Music News –a istinadən xəbər verir ki, bu dəyişiklik bir neçə addımdan sonra həyata keçiriləcək.

Əvvəlcə İTunes-da olan bəzi imkanlar məhdudlaşdırılaraq  istifadəçilər apple music-e yönləndiriləcək. Bu xidmətdən istifadə edənlər pulsuz bir neçə ay abunə ilə təmin olunacaqlar.

Söylənilən fikirlərə görə İTunes-in bağlanması onun göstərdiyi xidmətlərin istifadəsinin azalmasından irəli gəlir. Belə ki, 2003-cü ildən bu yana getdikcə ona olan təlabat artıq dəyişib. Hazırda istifadə olunan xidmətlər böyük auditoriya qazanmaqla yanaşı onlara sərhədsiz istifadə imkanı verir.