AzEuroNews.com ► ► ► İvanişvili siyasətə qayıdır. “Gürcü arzusu – demokratik Gürcüstan” iqtidar partiyasının lideri, milyarder Bidzina İvanişvili siyasətə qayıtmaq və partiyaya rəhbərlik etməyə razılıq verib. AzEuroNews.com Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgi Kvirikaşvili bu gün keçirdiyi brifinqdə bildirib.

“Demək istəyirəm ki, bütün komanda adından partiyamızın qurucusunu partiya rəhbərliyinə təklif etdim və Bidzina İvanişvili razılıq verdiyindən məmnunam”, – Kvirikaşvili brifinqdə deyib.

İvanişvili 2011-ci ildə siyasi səhnəyə çıxıb. Onun rəhbərliyi ilə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası yaradılıb. 2012-ci il parlament seçkilərinin nəticəsi olaraq digər müxalif qüvvələrlə koalisiya nəticəsində partiya hakimiyyətə gəlib. Belə ki, üçüncü prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının 9 illik hakimiyyəti sona çatıb.

2013-cü ildə Gürcüstan Dreamin namizədi olan Giorgi Marqvelaşvili prezident seçkilərində qalib gəldikdən sonra İvanişvili siyasətdən istefa verib.

Qeyd edək ki, 2018-ci ilin payızında Gürcüstanda birbaşa prezident seçkiləri keçiriləcək.