Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

AzEuroNews.com ► ► ► Son günlər Alman mətbuatının gündəmini tutan məsələlərdən biri də əcnəbilərin statistikası haqqında olan son məlumatlardır. AzEuroNews.com azlegat.com-a istinadən xəbər verir ki, alman cəmiyyətində əcnəbilərin statistikasına münasibət müxtəlifdir. Onların arasında panikaya düşən millətçilər də, əhalinin artımına sevinən də, inteqrasiya proqramlarına güvənənlər də , hər şeyi zamanın axarına buraxanlarda vardır.

Rəsmi məlumatlara görə hazırda Almaniyada 10.62 milyon əcnəbi yaşayır ki, bu da ümumi əhalinin 13 % ni təşkil edir.

Məlumata daha detallı nəzər salaq:

Türklər 1.48 milyon

Polyaklar 860.000

Suriyalılar 700.000

İtalyanlar 650.000

Rumıniyalılar 620.000

Xorvatlar 370.000

Yunanlar 360.000

Bolqarlar 310.000

Əfqanlar 251.000

Ruslar 250.000

Rusiya mətbuatının məlumatına görə, Almaniyada xarici dildə danışan ən böyük əhali qurupu rusdillilər hesab olunur və onların sayının 3.12 milyondan çox olduğu iddia olunur.

Əslində bu yalnışdır və Alman dilindən sonra ən çox işlədilən ikinci dil türk dilidir.

Almaniyada fəaliyyət göstərən Türk təşkilatlarının məlumatına görə, Almaniya əhalisinin 3.9 milyon nəfərini Türkiyə Respublikasından gələn və yaxud onlardan doğulanlar təşkil edir. Digər Türk dilli dövlətlərin vətəndaşlarını xüsusilə, İran İslam Respublikasından gələn soydaşlarımızı , keçmiş SSR-i ərazisindən gələn türkdilliləri və s. nəzərə alsaq bu həqiqət ümumiyyətlə mübahisə predmeti olmaz.

Bəli bu həqiqətdir ki, bu gün Almaniyada rusdilli mətbuat daha çevik, daha keyfiyyətli və daha çox diqqət çəkəndir.

Bu gün Alman cəmiyyətində həm də bəzən diskrimasiyaya şərait yaradan əcnəbi əsilli əhali ifadəsidə var (Menschen mit Migrationshintergrund). Hazırda Almaniya əhalisinin 12.7 milyon nəfərini əcnəbi əsilli vətəndaşlar təşkil edir ki, bu da əhalinin 22.5 %i deməkdir.

İstənilən dövlət idarəsində Türk dilində danışan məmur tapmaq və onların xidmətindən faydalanmaq mümükündür.