Xəbər verdiyimiz kimi, məşhur avtoritet Rövşən Lənkəranskinin olduğu avtomobil bu gecə Türkiyədə güllələnib.

90-ND-011 markalı maşında hücuma məruz qalan Lənkəranski ilə bərabər sürücüsü də dünyasını dəyişib.

Artıq hadisəyə avtoritetin yaxın qohumu olan deputat Fəzail Ağamalı da münasibət bildirib. O, bizimyol.info-ya açıqlamasında “Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi”, – deyə qeyd edib.