Yer üzünün hər tərəfini bildiyimizi düşünsək də hələ də bilmədiyimiz bir çox yerlər mövcuddur. Sirlərlə dolu planetimizdə hələ də açıqlaması olmayan məkanlar mövcuddur. Bu yerlər insanlara sirli olmaqla yanaşı qəribə hətta qorxunc gələ bilər. Fantastik Hollivud filmlərini xatırladan bu məkanları AzEuroNews.com xarici mediaya istinadən sizə təqdim edir:

1. Naska Xəttləri

Qəribə məkanları sıralarkən məşhur Naska xəttlərindən söz açmasaq olmaz. Milyon illər əvvəl Peruda meydana gələn maraqlı fiqurlar, qəribə simvollar eyni zamanda havadan görüntülənə bilir.

dunyada-uzerindeki-en-garip-20-yer2. Qırmızı Çimərlik

Çinin Panjin bölgəsində olan bu çimərlik yosunlarla əhatə olunub. Payız fəslində bu yosunlar qırmızı rəngə boyanır və əsrarəngiz bir mənzərərə ortaya çıxır.

dunyada-uzerindeki-en-garip-20-yer23.Balina Sumuk Yolu – Sibir

Yer üzərindəki ən maraqlı məkanlardan biri də Sibirdə olan balina sumuyu yoludur. Alyaska sahillərindən təxmini 150 kilometr uzaqda olan balinaların çənə və onurğa sümükləri olan bu məkan haqqında alimlər bir sıra fikirlər irəli sürüb. Onların sözlərinə görə bura 1400-cü illərdən qalan bir ibadət məkanıdır.

dunyada-uzerindeki-en-garip-20-yer34. Bermud Şeytan Üçbucağı

Bermud Şeytan Üçbucağı bu sıraya mütləq daxil edilməli məkanların ən başında gəlir. Atlantik okeanında olan bu üçbucaq 500 min kvadrat kilometr ərazini əhatə edir. Bura ilə bağlı ən maraqlı fakt isə təyyarə və gəmilərin itməsinə səbəb olan yer kimi tanınmasıdır.

dunyada-uzerindeki-en-garip-20-yer4

5. Hiller Gölü

Olduqca maraqlı və qəribə görünən bu göl Avstraliyada yerləşir. Gölün yüksək səviyyədə duzlu olması eyni zamanda  duzu sevən və çəhrayı halobakteriyaya sahib olan yosunla əhatə olunması gölün il boyu çəhrayı rəngdə qalmasına səbəb olur

6. Qoblin Vadisi Əyalət Parkı  

ABŞ-ın Utah bölgəsində yumşaq qumdaşı görünümlü peyzaj səhranın bir neçə kilometr uzağında yerləşir.

7. Nəhənglər Keçidi

İnsan əməyi olmayan Şimali İrlandiyada yerləşən bu əsrarəngiz məkanı gördükdə təəccüblənməmək mümkün deyil. Alimlərin sözlərinə görə bu maraqlı mənzərə 60 milyon il əvvəl vulkanik partlama nəticəsində meydana gəlib.

8. Cəhənnəm Qapısı  

Türkmənistanda yerləşən Cəhənnəm Qapısı Dervezedə yanan təbii qaz məkanı olaraq tanınır. Sovet birliyi tərəfindən yandırılan bu təbii qaz 40 ildən çoxdur ki, yanmağa davam edir.

dunyada-uzerindeki-en-garip-20-yer8

9. Çöldəki Əl

Bu gördüyünüz mənzərə sizi təəccübləndirə bilər. Şili səhrasında heykəltaraş Mario İrarrazabal tərəfindən inşa edilən bu heykəl esasən yalnızılığı və insan acısını göstərir.

dunyada-uzerindeki-en-garip-20-yer9

10. Səssizlik Bölgəsi

Dünya üzərindəki ən qəribə məkanlardan biri olan Səssizlik bölgəsi Himalay Dağlarını, Bermud Şeytan Üçbucağını və Giza Piramidalarını bir-birinə birləşdirir. Meksikada yerləşən bu sirli ərazidə saatların durduğuna və radioların işləmədiyinə inanılır.

dunyada-uzerindeki-en-garip-20-yer10

11. Tesla Transformatoru  

Rusiyada yerləşən “Yüksək Gərginlik Marks və Tesla Araşdırma Təsis” i Rusiya Elektrik Mühəndisliyi İnstitutuna aiddir və Moskvadan 40 kilometr uzaqlıqda – İstrada qurulub.

12. Nan-Madol  

Dünyada az bilinən antik şəhərlərdən olan Nan-Madol Mikroneziya sahillərində yerləşir. Qədim şəhərin adı “arasında boşluq var” mənasını verir.

13. Səudiyyə Ərəbistan Səhrasındakı Yüzlərcə Qapı

Burada olan qapılar müxtəlif ölçülərdədir. Peyk görüntülərinin köməyi ilə arxeoloqlar tərəfində təsbit edilən səhradakı daş divarlar “qapı” adlandırılır.

14. Vatnajokull Buzlu Mağaraları 

Cənub-Şərqi İslandiyada yer alan bu mağaralar inanılmaz görüntüsü ilə insanı heyrətləndirir. Buzlardan asılı dişlər kimi görünən parçalar fərqli rənglər alaraq insanların marağını cəlb edir. Hər il əriyən mağaralar fərqli məkanlarda yenidən meydana gələrək turistləri özünə cəlb etməkdə davam edir.

15. Qan Gölü

Bu qəribə göl Boliviyada yerləşir. Gölün qırmızı olması bəzi yosunlardan və çöküntülərdən irəli gəlir.

16. İbrahim Gölü

Kanadada yerləşən bu göl gözəl və əsrarəngiz olması ilə yanaşı olduqca təhlükəlidir. Göl yanıcı olan donmuş metan qabarcıqları ilə doludur.

17. İnqa Daşı

Braziliyanın ən möhtəşəm və qədim bölgələrindən biri olan İnqa Daşı ekspertlərin fikrinə görə çox sayda rəmzləri özündə əks etdirir. Bu daş dünyada bənzəri olmayan “dünyanın qeyri-adi arxeoastronomiya abidəsi” sayılır.

18. Qaynar Çay

Amazonda yerləşən bu çayın əfsanə olduğu deyilsə də, artıq  onun mövcud olması sübut olunub. Peru bölgəsində ki, bu əfsanəvi çayı Andres Ruzo adlı bir alim kəşf edib. Yerli dildə “ Günəşin istisi ilə qaynadılan çay” kimi adlandırılır.

19. 1.7 milyol illik Suni Korpu 

Pamban adası ilə Mannar adasını birləşdirən sirli bir korpu kəşf edilib. Bu körpünün 1.7 milyon il əvvələ aid olduğu söylənilir.

20. Uzunluğu 40.000 km olan Inka Yolu Sistemi 

Bu yol Qədim And sivilizasiyası dövrünə aiddir. Bu böyük yol sistemi yer üzərində qədim imperatorluğa aid ən antik yol sistemidir.