Qazağıstanın Çimkənd şəhərində 11-ci sinif şagirdi xərçəngin müalicəsində yeni formul kəşf edib. AzEuronews.com xarici mediaya istinadən xəbər verir ki, Gənc alimin sözlərinə görə bu metodda heç bir kimyəvi metodlardan istifadə etmədən xərçəng hüceyrələrini məhv etmək mümkündür. Belə ki, xərçəng hüceyrələri daxildə oksigen toplayır,  bu təbii dərman sayəsində həmin oksigen çıxarılır və həmin hüceyrələr  artıq məhv olur. Məktəblinin bu yeni formulu konkursda ən yaxşı nominasiyaya layiq görülüb.

Artıq ilk kliniki eksperiment uğurla həyata keçirilib.